Almaniya mətbuatı Berti Foqtsu "axmaq" adlandırdı

İDMAN
17:16 16.11.2011
1629
Almaniyanın məşhur “Spiegel” nəşri Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsu “axmaq” adlandırıb. Nəşr II bundesliqa təmsilçisi “Berlin Union”la qarşılaşmada milli komandamızın 0:1 hesablı məğlubiyyətini təəccüblə qarşılayıb. “Azərbaycan millisi ilə müqaviləsi başa çatan Berti Foqts Almaniyanın zəif bir klubuyla görüşdə gülünc vəziyyətə düşdü” - deyə yazıda qeyd olunub. “Spiegel” millinin yoxlama oyununda rəqib kimi II bundesliqa təmsilçisini seçməsini axmaqlıq kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR