Almaniya millisinin əsas müdafiəçisi zədələnib

Almaniya millisinin əsas müdafiəçisi zədələnib
DÜNYA
17:48 24.06.2024
147
Almaniya millisinin əsas futbolçularından hesab edilən Antonio Rudiger ölkəsində keçirilən Avropa çempionatında zədələnib.

Bu barədə yığmanın baş məşqçisi Yulian Naqelsmann açıqlama verib.

O, müdafiəçinin İsveçrə ilə heç-heçə etdikləri qrup mərhələsinin II turunun matçında ombasından xəsarət aldığını bildirib: "Ümid edirəm ki, ona ciddi bir şey olmayıb. Amma bu, bizə problem yarada bilər".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. Almaniya yığması A qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR