Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

SOSİAL
13:03 19.01.2025
159
Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə səfir "X” hesabında bildirilib.

"1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib”, - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR