Almaniyanın Gürcüstan səfiri Peter Fişer Xarici İşlər Nazirliyinə çağırılıb.
AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, diplomat quruma daxil olmazdan əvvəl jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, belə hal ilk dəfədir ki, yaşanır: "Bu, diplomatik sanksiya formasıdır. Müasir Gürcüstanla Almaniya arasındakı münasibətlər tarixində ilk haldır ki, alman səfiri nazirliyə çağırılır. Almaniya Federativ Respublikasına, ona və digər səfirlərə qarşı səsləndirilən əsassız və təxribat xarakterli ittihamları qətiyyətlə rədd edir. Xarici İşlər Nazirliyi tərəfindən çağırılmışam. Çağırış diplomatik sanksiya formasıdır. Düzünü desəm, bu, çox qeyri-adi haldır. Bu, müasir Gürcüstanla Almaniya arasındakı münasibətlər tarixində ilk dəfədir ki, alman səfiri nazirliyə çağırılır. Gedəcəyəm və deyilənləri dinləyəcəyəm. Amma eyni zamanda Almaniya Federativ Respublikasına, mənə və digər səfirlərə qarşı irəli sürülən əsassız və təxribat xarakterli ittihamları qətiyyətlə rədd edirəm. Həmçinin Gürcüstan hökumətinin hazırkı kursunu da tənqid edəcəyəm, çünki bu, Avropa İttifaqına üzvlüklə ziddiyyət təşkil edir", - deyə Peter Fişer bildirib.
Xatırladaq ki, bu gün Parlamentin sədri Şalva Papuaşvili Almaniya səfiri Peter Fişeri zorakılığa təşviq etməkdə günahlandırıb. O, deyib ki, əgər 4 oktyabrda zorakı yolla hakimiyyətin devrilməsi baş verərsə, buna görə məsuliyyəti həm Avropa Komissiyası, həm də Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi daşıyacaq. Spiker həmçinin qeyd edib edib ki, Peter Fişerin fəaliyyəti nəticəsində Gürcüstan və Almaniya arasındakı münasibətlər pisləşib.