Almaniya səkkiz Rusiya vətəndaşı barədə beynəlxalq axtarış elan edib

Almaniya səkkiz Rusiya vətəndaşı barədə beynəlxalq axtarış elan edib
DÜNYA
18:16 15.07.2024
146
Almaniya səkkiz rus vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, 25 yaşlı Georgi Tesman, 42 yaşlı Airat Gruber, 41 yaşlı Anton Bragin, 34 yaşlı Sergey Polyak, 51 yaşlı Oleq Kuçerov, 34 yaşlı Nikolai Çereşnev, 37 yaşlı Fedor Andreev və 39 yaşlı Andrey Çerepanov Almaniya ərazisində qrup şəkildə cinayətlər törətməkdə təqsirləndirilir.

Həmin şəxslər barəsində Almaniya məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onların saxlanılması istiqamətində qırmızı bülletenlə beynəlxalq axtarış elan olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR