Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib

Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib
DÜNYA
19:37 27.10.2023
204
Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib.

Bu barədə məlumat Almaniya hokumətinin saytında humanitar və hərbi yardımlar haqda yenilənmiş siyahıda öz əksini tapıb.

Məlumata əsasən, Ukraynaya növbəri "IRIS-T” hava hücumundan müdafiə (HHM) sistemi də daxil olmaqla xeyli sayda silah-sursat və texnika göndərilib.

"IRIS-T” raket buraxılış qurğusu ilə yanaşı, bu sistem üçün raketlərin də daxil edildiyi yardım paketində "TRML-4D” hava hücumundan müdafiə qüvvələri üçün radar, hərbi personalı daşımaq üçün dörd zirehli nəqliyyat vasitəsi, "MARS II” raket sistemləri üçün sursat, 5000 ədəd 155 mm-lik artilleriya mərmisi, 8 ədəd "Vector” kəşfiyyat dronu, altı sərhəd mühafizə maşını və sair silah-sursat yer alıb.
OXŞAR XƏBƏRLƏR