Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib

Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
DÜNYA
14:23 10.05.2025
635
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyünü bəyan edib.

O, bu barədə "Neue Osnabrücker Zeitung”a müsahibəsində bildirib.

XİN başçısı qeyd edib ki, Ukraynanın həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq perspektivi var: "NATO-da biz birlikdə razılaşdıq ki, Ukrayna müdafiə alyansına qoşulmaq yolundadır".

Eyni zamanda, nazir xatırladıb ki, Almaniyanın yeni kansleri Fridrix Merts seçilməzdən əvvəl Ukraynanın NATO-ya yalnız müharibə bitdikdən sonra daxil ola biləcəyini vurğulayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR