Antiterror əməliyyatının iştirakçısı Kamal Cavadlı Ağdərədə döyüşlər zamanı yaddaşına həkk olunan hadisələrdən danışıb.
AZXEBER.COM AzTV-yə istinadən bildirir ki, onun sözlərinə görə, ən yaddaqalan epizodlardan biri kənddə axtarış apararkən baş verib:
"Ən çox yaddaşımda qalan epizod biz kənddə axtarış apararkən baş verdi. Bu ərazidə düşmənin terrorçu bölmələri var idi. Ərazini zərərsizləşdirdikdən sonra evin içərisindən yaşlı bir qadının qışqırığını eşitdik.
Evə daxil olanda yaşlı bir qadını çarəsiz vəziyyətdə, çarpayıda uzanmış halda gördük. Doğmaları onu atıb getmişdilər".
"Narahat olma. Bizim sizinlə, mülki camaatla işimiz yoxdur. Biz sənə heç nə etməyəcəyik. Səni aparacağıq, müalicə etdirəcəyik", - dedik.
Süjetdə qeyd olunub ki, qəhrəmanlıq həm də elə budur - silahsız, köməksiz birinin qarşısında insan olaraq qala bilmək. Müharibənin ən ağır təzadlarından biri də budur: torpağın üçün döyüşdüyün anda savaşın içində işğalçı millətin nümayəndəsini də qorumalı olmağın.
İşğalda qalan torpaqlar terrorçulardan cəmi 23 saata təmizlənib. Kamal Cavadlı deyir ki, onun üçün həmin saatların hər dəqiqəsi yaddaşında qalıb. Bəzən bir səs, bəzən isə cəmi bir neçə saniyə ərzində verilmiş əmr...











































