Almaniya XİN: Macarıstan Putin haqqında BCM-nin orderini yerinə yetirməlidir

Almaniya XİN: Macarıstan Putin haqqında BCM-nin orderini yerinə yetirməlidir
DÜNYA
17:36 17.10.2025
137
Rusiya prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüş üçün Macarıstana gəldiyi halda, Budapeşt Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hökmünə əməl etməlidir.

Bu barədə "DW” Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Macarıstan hökuməti məhkəmənin yurisdiksiyasından çıxacağını elan etsə də, bu qərar yalnız 2026-cı ilin aprelində qüvvəyə minəcək.

"O vaxta qədər isə Macarıstan BCM tərəfindən verilmiş Putinin həbsi ilə bağlı orderi yerinə yetirməyə borcludur”, – Almaniya XİN vurğulayıb.

Nazirlik əlavə edib ki, əgər söhbət Rusiya və ABŞ arasında danışıqlar kimi istisnai hallardan gedirsə, bu məsələdə yekun qərarı BCM özü verməlidir, çünki nizamnamədə bu cür hallar açıq şəkildə tənzimlənməyib.

Eyni zamanda Avropa İttifaqının rəsmiləri Putinin Avropaya girişinin sanksiyalarla qadağan olunmadığıını bildirib.

Macarıstanın Baş naziri Viktor Orban da öz növbəsində Tramp və Putinin görüş yerinin Macarıstan seçilməsini "məntiqli" adlandırıb.

"Tanrı bizə doğru yolda olduğumuzun siqnallarını göndərir”, – o, bildirib və Rusiya-ABŞ sammitinin hazırlanması üçün təşkilat komitəsinin yaradılmasını tapşırıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR