Ötən il Almaniya ordusuna 18802 yeni əsgərin qatıldığı və onlardan 1996-nın 17 yaşında olduğu açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniya mətbuatında yer alan xəbərlərə görə, 1996 azyaşlı hərtərəfli fiziki və psixoloji qabiliyyət testlərindən uğurla keçərək hərbi xidmətə çağırılıb.
Lakin bu gənclər keşiyində dayanmaq və ya xaricdəki missiyalarda iştirak etmək kimi tipik hərbi fəaliyyətlə məşğul olmurlar. Onların silahları yalnız təlim məqsədləri üçün istifadə edilə bilər.
Almaniyada 2011-ci ildə məcburi hərbi xidmət ləğv edildiyindən, hazırda 180 min olan əsgər sayının 2031-ci ilə qədər 203 minə çatdırılması hədəflənir.
Ayşən