Almaniyada 281 azərbaycanlının sığınacaq müraciəti rədd edilib

Almaniyada 281 azərbaycanlının sığınacaq müraciəti rədd edilib
DÜNYA
20:14 23.07.2021
1537
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) bu ilin ilk altı ayı ərzində 281 azərbaycanlının sığınacaq müraciətini rədd edib.

Bu barədə "Report”un Avropa börosuna BAMF-ın mətbuat xidmətinin əməkdaşı Kristof Zander məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ilin ilk altı ayı ərzində ümumilikdə 263 azərbaycanlı federal idarəyə qaçqın statusu üçün müraciət edib.

"Onlardan 97-nin müraciəti ilkin, 166 nəfərin isə ikinci müraciəti olaraq qeydə alınıb” - deyə, K.Zander bildirib.

BAMF sözçüsünün sözlərinə görə, sözügedən müddətdə federal idarə 487 azərbaycanlının işi üzrə qərarını açıqlayıb: "İşinə baxılan şəxslərdən yalnız 6,8 %-i Cenevrə Konvensiyası və ya digər humanitar səbəblərə görə qaçqın və ya qoruma statusu əldə ediblər. Yerli məhkəmələr tərəfindən işinə baxılması üçün federal idarəyə yönləndirilən azərbaycanlıların sayı isə 173 nəfər olub”.

BAMF-dan bildirilib ki, ümumi sığınacaq axtaranların statistikasına baxdıqda Azərbaycan vətəndaşları Almaniyaya birbaşa yox, digər şengen ölkələrinin vizası ilə daxil olublar. Bu səbəbdən də, həmin şəxslərin qaçqın statusu ilə bağlı tələbləri rədd edilib, onların işi vizalarının olduğu ölkələrin miqrasiya idarələrinə göndərilib.

Məlumat üçün bildirək ki, 2021-ci ilin iyun ayında Almaniyanın miqrasiya idarələrinə ümumilikdə 10 282 ilkin sığınacaq müraciəti daxil olub. Onlardan yalnız 2 565 nəfərə Cenevrə Konvensiyasına əsasən qaçqın statusu verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu