Almaniyada avtobus piyadaları vurub, bir nəfər ölüb, 10 nəfər yaralanıb

Almaniyada avtobus piyadaları vurub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
DÜNYA
02:17 09.11.2025
181
Almaniyanın cənub-qərbində avtobusun bir qrup piyadanı vurması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə SWR teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, İsveçrə sərhədi yaxınlığındakı Vayl-am-Reyn (Baden-Vürtemberq federal torpağı) şəhərində gün ərzində avtobus bir neçə avtomobillə toqquşub və səkiyə çırpılıb.

Hadisə nəticəsində 34 yaşlı qadın ölüb, yaralanan 10 nəfərdən üçü xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin səbəbi hələ məlum deyil, polis bunu terror aktı deyil, qəza kimi qiymətləndirir.
 
/report
OXŞAR XƏBƏRLƏR