Almaniyada avtobusun qəzaya uğraması nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb.
Bu barədə polisin məlumatında deyilir.
Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib.
Naməlum səbəbdən ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.
Avtobusda 73 nəfər, o cümlədən Marburqdan olan orta məktəb şagirdləri və müəllimləri var idi. Onlar Böyük Britaniyaya gedirmişlər.
///Report