Almaniyada azərbaycanlılarla afrikalıların kütləvi davası: internet və qız söhbəti

Almaniyada azərbaycanlılarla afrikalıların kütləvi davası: internet və qız söhbəti
SOSİAL
22:24 21.08.2019
7884
Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşları seneqallılar və nigeriyalılarla kütləvi davada iştirak ediblər. Nəticədə bir çox insan xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi, miqrasiya məsələləri üzrə ekspert Əliövsət Əliyev deyib.

İnsident avqustun 20-si saat 17:00-da miqrantların olduğu düşərgədə baş verib. Burada iki çoxmərtəbəli bina var, birində azərbaycanlılar, digərində isə afrikalılar yaşayır.

"İnternet şəbəkəsi afrikalıların olduğu binadadır və buna görə də həmyerlilərimiz yazışmaq və ünsiyyət saxlamaq üçün onların evinin ətrafında otururlar. Çərşənbə axşamı bir neçə sərxoş nigeriyalı 16 yaşlı azərbaycanlı qıza hücum ediblər. Qız hücum edənlərin əlindən qaça bilib. Azərbaycanlılar bir neçə saatdan sonra afrikalıların olduğu evə gediblər və ədəbsiz nigeriyalıların cavabını veriblər", - Ə.Əliyev bildirib.

Yekunda hər iki tərəfdən xəsarət alanlar olub. Afrikalılar isə, öz növbəsində, bir müddətdən sonra azərbaycanlıların qaldığı evə hücum ediblər. Onlar miqrantlara daş atıb, binadakı bütün pəncərələri sındırıblar. 100 polisdən ibarət xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Bir neçə nəfər saxlanılıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə barədə Miqrasiya və qaçqınlarla iş üzrə federal idarəyə məlumat verilib. Azərbaycan diasporunun nümayəndələri idarə əməkdaşlarından azərbaycanlılarla afrikalıları ayrı-ayrı ərazilərdə yerləşdirməyi xahiş edib, çünki belə münaqişələrə burada tez-tez rast gəlinir. Əvvəlcədən nigeriyalılar, seneqallılar və azərbaycanlılar arasında pis münasibətlər yaranıb.

Polis düşərgə ərazisini nəzarətdə saxlayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb