Almaniyanın Solingen şəhərində molotof kokteyli ilə hücum təşkil edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Solingendə əyləncə məkanına molotof kokteyli atılıb. Partlayış nəticəsində biri 7 yaşlı uşaq olmaqla 4 nəfər yaralanıb. Hücum edən şəxs isə ölüb.
Partlayışdan sonra başlayan yanğın qısa müddətdə söndürülüb. Polis hadisənin baş verdiyi küçəyə giriş-çıxışları bağlayıb.
Polis və prokurorluq hücumun terror aktı olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.
Gülay