Almaniyanın Bavaria bölgəsində tədris müəssisəsində silahlı insident baş verib.
Bu barədə "BILD” xəbər verir.
Münhenin cənub-qərbində yerləşən gimnaziyada baş verən hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb, yaralıların dəqiq sayı bildirilməyib.
Yaralananların müəllim və ya şagird olması hələ müəyyənləşdirilməyib.
Xəsarət alanların bəzilərində bıçaq yarası olduğu qeyd olunub.
Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.











































