Almaniyada hava limanında bıçaqlı hücum olub, bir nəfər yaralanıb

Almaniyada hava limanında bıçaqlı hücum olub, bir nəfər yaralanıb
DÜNYA
19:32 06.07.2021
1231
Almaniyanın Düsseldorf şəhərinin hava limanında əli bıçaqlı şəxsin insanlara hücumu nəticəsində bir nəfər yaralanıb.

Bu barədə Almaniya Federal polisi bildirib.

Məlumata görə, hadisə hava limanının avtomobil dayanacağında baş verib.

Bıçaqla hücum edən şəxs hadisə yerindən qaçıb. Onun tutulması ilə bağlı axtarış-əməliyyat tədbiri keçirilir.

Yaralı hospitala yerləşdirilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR