Almaniyada HƏMAS və Samidunun fəaliyyəti qadağan edilib.
AZXEBER.COM xəbər verir ki, Almaniyanın Daxili İşlər Naziri Nensi Faeser ölkədə HƏMAS və Fələstinli Məhbuslarla Həmrəylik Şəbəkəsinin (Samidoun) fəaliyyətinin qadağan edildiyini və "Samidoun Germany” dərnəyinin ləğv edildiyini açıqlayıb.
HƏMAS-ın İsrail Dövlətini məhv etməyi hədəflədiyini deyən baş nazir, bunun bariz nümunəsini nümayişlərdə aqressiv davranışda və yəhudi qurumlarının evlərinə hücumlarda görüldüyünü bildirib.
Baş nazir həmçini Samidoun-un müxtəlif ölkələrdəki məhbuslara qarşı qondarma həmrəylik təşkilatı adı altında anti-İsrail və antisemitizm təbliğatı yayan beynəlxalq şəbəkə olduğunu qeyd edib.
Samidounun antisemit dünyagörüşü olduğunu deyən Faeser bu təşkilatların qısa müddətdə fəaliyyətinə qadağa qoyulmasından məmnunluğunu ifadə edib.
Qərarla Almaniyada HƏMAS və Samidoun-un sosial mediada təbliğatına icazə verilməyəcək.
Günel