Almaniyada kiçik təyyarə qəzaya uğradı: iki pilot öldü

Almaniyada kiçik təyyarə qəzaya uğradı: iki pilot öldü
DÜNYA
13:01 22.05.2023
134
Almaniyanın Karlsrue yaxınlığındakı Linkenheim-Hochstetten şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

AZXEBER.COM xəbər verir ki, polis Rheinstetten-dən havaya qalxan kiçik təyyarənin itməsi və təyyarənin qalıqlarının Linkenheim-Hochstettendəki gölməçənin yaxınlığında tapılmasından sonra helikopter yardımı ilə axtarış-xilasetmə işlərinə başlanıldığını açıqlayıb.

Xilasetmə qrupunun əraziyə gediş-gəliş çətin olduğundan əraziyə nəqliyyat vasitələri ilə deyil, piyada çatdığı bildirilib.

Polis 2 pilotun həyatını itirdiyi barədə məlumat paylaşıb. Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR