Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb

Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
DÜNYA
21:31 10.03.2025
194
Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.

Bu barədə "Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus ciddi zədələnib. Avtobusun sürücüsünün vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.
 
///APA
OXŞAR XƏBƏRLƏR