Almaniyada məktəbə silahlı hücum: Yaralılar var

Almaniyada məktəbə silahlı hücum: Yaralılar var
DÜNYA
18:59 05.12.2022
235
Almaniyanın Baden-Vürttemberq əyalətinin İllerkirxberq qəsəbəsində məktəbə bıçaqlı hücum olub.

Hadisə nəticəsində iki qız şagird yaralanıb. Uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən, kimliyi açıqlanmayan şəxs qaçqınların məskunlaşdıqları mərkəzə qaçıb. Onun orada yaşayıb-yaşamadığı müəyyən edilməyib. Onunla birlikdə həmin vaxt mərkəzdə olan digər şəxslər də nəzarətə götürülüblər.
OXŞAR XƏBƏRLƏR