Almaniyada radiostansiyaya silahlı hücum olub, 1 nəfər ölüb

Almaniyada radiostansiyaya silahlı hücum olub, 1 nəfər ölüb
DÜNYA
18:21 10.12.2022
211
Almaniyanın Drezden şəhərində yerləşən "Radio Dresden” radiostansiyasına silahlı hücum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Radio Dresden” internet səhifəsində məlumat yayılıb.

Hazırda şəhər mərkəzi polis tərəfindən nəzarətə götürülüb. İlkin məlumata görə, silahlı insident zamanı bir qadın (70 yaş) öldürülüb.

Radiostansiyaya hücum edən şəxs atəş açdıqdan sonra yaxınlıqdakı ticarət mərkəzində gizlənib. Radiostansiyadan verilən məlumata görə, şirkətin əməkdaşları artıq təhlükəsiz yerdədir.

Ticarət mərkəzində gizlənən şəxsin bir neçə nəfəri girov götürməsi barədə məlumatlar var.

Polis tərəfindən hazırda lazımi tədbirlər həyata keçirilir və ticarət mərkəzində olanların təhlükəsizliyini təmin etmək üçün addımlar atılır.
OXŞAR XƏBƏRLƏR