Almaniyada sel qurbanlarının sayı 80-nə yüksəlib

Almaniyada sel qurbanlarının sayı 80-nə yüksəlib
DÜNYA
10:08 16.07.2021
878
Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 80 nəfərə yüksəlib.

AZXEBER.COM xəbər verir ki, məlumatı "Bild” qəzeti yayıb.

Koblens şəhər Polis İdarəsinin nümayəndəsi Reyland-Pfals Federal torpağında 50 nəfərin, Şimali reyn-Bestfalidə isə 30 nəfərin öldüyünü bildirib.

Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.

Bir müddət əvvəl 58 nəfərin təbii fəlakətin qurbanı olduğu barədə məlumatı yayılmışdı.

Almaniya kansleri Angela Merkel zərərçəkənlərə maddi yardım ediləcəyini bildirib.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.
OXŞAR XƏBƏRLƏR