Almaniyada xəstəxanadan spirt oğurlayan azərbaycanlı tutuldu

Almaniyada xəstəxanadan spirt oğurlayan azərbaycanlı tutuldu
DÜNYA
23:43 19.03.2020
5375
Almaniyanın Münster şəhərindəki xəstəxananın anbarından 100 litr dezinfeksiyaedici spirt oğurlayan 28 yaşlı azərbaycanlı tutulub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, oğurluq faktı fevral ayında qeydə alınıb. Azərbaycan vətəndaşı oğurladığı spirti internet vasitəsilə satışa çıxararkən yaxalanıb. Şübhəlinin Havixbek şəhərindəki mənzilində axtarış aparılıb.

Polis axtarış zamanı xəstəxana inventarına daxil olan spirt qabları aşkarlayıb.

Saxlanılan şəxs isə ona qarşı ittiham aktını qəbul etməyib. Məsələ ilə bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR