Almaniyadan İspaniyaya gedən təyyarə qəzaya uğradı: 148 ölü

DÜNYA
19:11 24.03.2015
3409
Fransada sərnişin təyyarəsi qəzaya uğrayıb. 
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə Düsserdolfdan Barselonaya uçub."Airbus A 320" təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. İlkin məlumata görə, qəza Fransanın cənubunda qeydə alınıb.Məlumata görə, qəzadan öncə təyyarə həyəcan siqnalı göndərib.Fransanın baş naziri qəzanın baş verdiyini təsdiqləyib. Ölkənin xarici işlər naziri Bernar Kaznev qəza baş verən əraziyə yola düşüb.Qəzaya uğrayan təyyarə "Germanwings" şirkətinə məxsus olub. Hələlik qəzanın səbəbləri bəlli deyil.
-------------
"Barselona-Düsseldorf səfərini həyata keçirərkən qəzaya düşən təyyarədə 39 türk vətəndaşı olub".Bu barədə İspaniya Kralı Felipe açıqlama verib. Kral Türkiyə rəsmilərinə başsağlığı verib.Fransa prezidenti Fransua Olland da təyyarədə türk sərnişinlərin olduğunu təsdiqləyib. Təyyarədə neçə türk sərnişinin olduğu isə hələlik məlum deyil.Sərnişin təyyarəsinin Nitç şəhərinin şimalındakı Barselonnette qəsəbəsinə 100 kilometr məsafədə düşdüyü ifadə edilir.Qeyd edək ki, "Airbus A 320" təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Sərnişin təyyarəsində 2 pilot, 4 ekipaj üzvü və 142 sərnişin olub. Təyyarə ucuz bilet satan və Lufthanzanın alt markası olan "Germanwings" adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub və 24 ildirki istismar olunur.
OXŞAR XƏBƏRLƏR