Almaniya kansleri nüvə enerjisinə müraciət etməyəcəklərini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, koalisiya tərəfdaşının çağırışından imtina edən Olaf Şolts bərpa olunan enerji hədəfini açıqlayıb.
O bildirib ki, Almaniya nüvə enerjisinə qayıdışla bağlı müzakirələrə son qoyub.
Baş nazir bu enerji növünə geri dönməyəcəklərini ifadə edən kəskin ifadələr işlədib.
O, nüvə enerjisinə son qoyulması qərarının illər əvvəl alındığını xatırladıb.
Şəbnəm