Almaniyada 2022-ci ilin sonunda lotereyada qalib gələrək təxminən 10 milyon avroluq cekpotu qazanan Çiko ləqəbli Kürşatın başına iş gəlib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Kürşat dələduzların qurbanı olub.
Lotereyada qalib gələrək milyonçu olan və tez-tez alman mətbuatına verdiyi açıqlamalarla gündəmə gələn Çiko ləqəbli 42 yaşlı Türkiyə vətəndaşı Kürşat Yıldırım İstanbula gəlib.
Bank kartını İstanbulda bankomata salan Kürşat hesabından 10 min avronun çıxarıldığını görüb. Kürşat banka zəng vuraraq özünün bu qədər pulu çıxarmadığını deyib və pulun Frankfurt/Mayndan bankomat kartı ilə çıxarıldığını bildirib.
Alman mətbuatına açıqlama verən Kürşat "Bunu mən etməmişəm, heç Frankfurt/Mayndə olmamışam”, deyə bildirib.
Polisə gedərək şikayətçi olan Kürşatın vəkili Arndt Kempgens bu cür açıqlama verib: "Hadisə proqnozlaşdırıldığı kimi olarsa, pul Kürşatın hesabına geri yatırılacaq".
Aydın