Almaniyanın baş məşqçisi komandasının oyunundan narazı qalıb: "Daha yaxşısını gözləyirdim"

Almaniyanın baş məşqçisi komandasının oyunundan narazı qalıb: "Daha yaxşısını gözləyirdim"
İDMAN
22:19 26.03.2017
10063

"Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə məxsusdu.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olan Bundestim asan qalib gələrək (4:1) yoluna itkisiz davam edib.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Lövün qələbə şərhi belə olub: "Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim”.

 

- Andre Şürrlenin çıxışı sizi məmnun etdimi?

- Şürrle "Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudu.

OXŞAR XƏBƏRLƏR