Almaniyanın dövlət borcu 2,5 trilyon avroya çatıb

DÜNYA
15:50 19.12.2024
132
Almaniyada dövlət borcu hərbi xərclərin təsiri ilə ilin yanvar-sentyabr aylarında 43,5 milyard avro artaraq 2 trilyon 488,6 milyard avroya çatıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
 
Verilən məlumatda, yanvar ayında ölkənin qeyri-dövlət qurumlarına, o cümlədən sosial təminat fondlarına, bələdiyyələrə s. olan borcunun keçən ilin sonlarına nisbətən 43,5 milyard avro artdığı bildirilib.
 
Destatis-in açıqlamasında qeyd olunub ki, Covid-19 epidemiyası zamanı şirkətlərə kömək məqsədilə yaradılan İqtisadi Sabitlik Fondunun (WSF) borcları 24 faiz azalaraq 28,1 milyard avro olub.
 
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi zamanı hökumət alman ordusunun kadr, texnika və infrastruktur baxımından "əhəmiyyətli təkmilləşdirmə" ehtiyacını ödəmək üçün 100 milyard avro dəyərində xüsusi fond yaradıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR