Almaniyada dövlət borcu hərbi xərclərin təsiri ilə ilin yanvar-sentyabr aylarında 43,5 milyard avro artaraq 2 trilyon 488,6 milyard avroya çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Verilən məlumatda, yanvar ayında ölkənin qeyri-dövlət qurumlarına, o cümlədən sosial təminat fondlarına, bələdiyyələrə s. olan borcunun keçən ilin sonlarına nisbətən 43,5 milyard avro artdığı bildirilib.
Destatis-in açıqlamasında qeyd olunub ki, Covid-19 epidemiyası zamanı şirkətlərə kömək məqsədilə yaradılan İqtisadi Sabitlik Fondunun (WSF) borcları 24 faiz azalaraq 28,1 milyard avro olub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi zamanı hökumət alman ordusunun kadr, texnika və infrastruktur baxımından "əhəmiyyətli təkmilləşdirmə" ehtiyacını ödəmək üçün 100 milyard avro dəyərində xüsusi fond yaradıb.
Oksana