Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?

Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
SİYASƏT
11:21 25.09.2026
166
Almaniyanın Hessen Sülh Mükafatının Ermənistanın baş naziri Nikol Paşinyana verilməsi müzakirələrə səbəb olub.

Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə və Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına görə mükafata layiq görülüb.
Mükafatın yalnız Ermənistan tərəfinə təqdim edilməsi isə Azərbaycan-Ermənistan sülh prosesində Azərbaycanın rolunun nəzərə alınmaması ilə bağlı suallar doğurub. 

Xüsusilə Almaniyanın bir tərəfdən Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bəyan etməsi, digər tərəfdən isə prosesin iştirakçılarından yalnız birini təltif etməsi diqqət çəkib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Hessen Sülh Mükafatının Nikol Paşinyana verilməsi sülh prosesinə yanaşmada balans məsələsini gündəmə gətirir:

"Almaniyanın bir tərəfdən Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasını dəstəklədiyini bəyan etməsi, digər tərəfdən isə Azərbaycan-Ermənistan sülh prosesinin yalnız bir iştirakçısını mükafatlandırması müəyyən siyasi suallar doğurur. Burada əsas məsələ konkret mükafatın verilməsi deyil, Avropanın regiona yanaşmasında obyektivlik və balans prinsipinin nə dərəcədə qorunmasıdır. Çünki sülh prosesi birtərəfli hadisə deyil və onun nəticəsi də yalnız bir tərəfin siyasi fəaliyyəti ilə formalaşmır”.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması uzun və mürəkkəb prosesin nəticəsidir:

"Bu prosesdə tərəflərin atdığı addımlar, əldə olunan razılaşmalar, qarşılıqlı öhdəliklər və regional reallıqlar birlikdə nəzərə alınmalıdır. Ona görə də sülh gündəliyinin bir iştirakçısının xüsusi şəkildə ön plana çıxarılması istər-istəməz belə təsəvvür yaradır ki, prosesə verilən siyasi qiymətləndirmədə müəyyən tərəf daha üstün mövqedə təqdim olunur. Bu isə sülhün mahiyyətinə uyğun gələn balanslı yanaşma baxımından müzakirə edilə biləcək məsələdir”.

T.İsmayılovun sözlərinə görə, Almaniyanın Ermənistanla münasibətlərində Avropa siyasətinin prioritetləri də nəzərə alınmalıdır:

"Ermənistanın demokratik institutlarının inkişafı, Avropa ilə yaxınlaşması və Qərb strukturları ilə münasibətlərinin genişlənməsi Almaniya və digər Avropa ölkələri üçün ayrıca siyasi əhəmiyyət daşıyır. Bu səbəbdən müəyyən mükafatların təkcə regional sülhlə deyil, daha geniş siyasi və ideoloji meyarlarla əlaqələndirilməsi mümkündür. Lakin belə yanaşma sülh prosesinin özündə tərəflərə münasibətdə obyektivliyin qorunması məsələsini aradan qaldırmır”.

Politoloq bildirib ki, Azərbaycan da Azərbaycan-Ermənistan sülh prosesinin birbaşa iştirakçısıdır:

"Azərbaycan da bu prosesin birbaşa iştirakçısıdır və əldə olunan nəticələrin formalaşmasında onun mövqeyi, iradəsi və atdığı addımlar mühüm əhəmiyyət daşıyır. Buna görə də sülhün yalnız bir siyasi liderin və ya bir ölkənin uğuru kimi təqdim olunması prosesin bütöv mənzərəsini əks etdirmir”.

T.İsmayılovun sözlərinə görə, Avropa ölkələrinin Cənubi Qafqazdakı sülh prosesinə münasibətində balanslı yanaşma mühüm əhəmiyyət daşıyır:

"Almaniyanın bu məsələdə daha balanslı mövqe nümayiş etdirməsi həm özünün regiondakı nüfuzuna, həm də Avropanın sülh prosesinə verdiyi dəstəyin etibarlılığına müsbət təsir göstərə bilər. Çünki Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün tərəflərdən birini mükafatlandırmaqdan daha vacibi, iki tərəfin də atdığı addımları eyni siyasi ölçü ilə qiymətləndirməkdir. Sülh prosesində əsas məsələ kimin daha çox mükafat aldığı deyil, kimin regionda real və davamlı sülh üçün hansı məsuliyyəti öz üzərinə götürdüyüdür”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
11:56 25.09.2026
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
11:56 25.09.2026
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
11:54 25.09.2026
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
11:49 25.09.2026
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
Hərbçilərin maaşı bu qədər artacaq
11:40 25.09.2026
Hərbçilərin maaşı bu qədər artacaq
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
11:39 25.09.2026
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
11:38 25.09.2026
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
11:21 25.09.2026
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR
11:20 25.09.2026
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb?
11:16 25.09.2026
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb?
Ülviyyə Əliyevaya ağır itki
10:54 25.09.2026
Ülviyyə Əliyevaya ağır itki
Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ
10:53 25.09.2026
Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ
“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO
10:38 25.09.2026
“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
10:24 25.09.2026
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
10:21 25.09.2026
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - Video
10:18 25.09.2026
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - Video