“Alonsoya o qədər pulu heç kim verməyib…” - Nazir

“Alonsoya o qədər pulu heç kim verməyib…” - Nazir
İDMAN
10:32 17.06.2016
2800
Gənclər və idman naziri Azad Rəhimov bu gün başlayan «Formula-1» yarışlarının ölkəyə faydası və bu yarışlara çəkilən xərclər barədə danışıb.
Nazir APA-ya müsahibəsində deyib ki, Azərbaycanın birbaşa gəlirləri bilet satışındandır: «Bu günə 2 milyon manatdan artıq bilet satılıb, amma digər gəlirlər birbaşa deyil. Onlar Bakıya gələn turistlərlə bağlıdır».
Nazirin deməsinə görə, indi Bakı otellərində boş yerlər yoxdur, hamısına sifariş verilib. O, bildirib ki, Azərbaycana 10-15 mindən artıq turist gəlib.
Daha sonra nazir İspaniyanın «Marca» nəşrində yer alan fikirlərlə bağlı verilən sualı cavablandırıb. Həmin nəşrdə yazılırdı ki, «Formula-1» yarışlarının Bakıda keçirilməsindən ötrü Azərbaycan 80 milyon dollar verib. Fernando Alonso-nun yarışın rəsmi səfiri olmasına isə 2 milyon dollar ödənib.
«Dəfələrlə bu rəqəmlər barədə açıqlama vermişəm. Asfalt qatını dəyişməyə 12 milyon manata yaxın vəsait ayrılıb. «Azadlıq» meydanında o böyük binaya («poddok») 20 milyona qədər vəsait verilib. Həmin bina alınıb, növbəti illərdə də istifadə olunacaq, yenidən almağa ehtiyac qalmayacaq. Sadəcə, qurulacaq. Şəhərdə xüsusi hasarlar tikilib, digər işlər görülüb. Sözsüz ki, Alonso-ya o qədər pulu heç kim verməyib. Bu, düzgün məlumat deyil. Amma ümumilikdə bu işlərə dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın pul xərclənəcək»,-deyə nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır