Alpinistlərin axtarışına xarici mütəxəsislər cəlb olundu – Foto, Video

Alpinistlərin axtarışına xarici mütəxəsislər cəlb olundu – Foto, Video
SOSİAL
21:27 05.01.2018
4432
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam edib.
 
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunub.
 
Eyni zamanda, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olublar. Qarşılıqlı fəaliyyət çərçivəsində ölkəmizə gələn xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçirməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınıb ki, builki məşqlər Quba rayonu ərazisində real şəraitdə aparılsın. Bundan başqa, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulub.Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Bu gün havanın günəşli olmasına baxmayaraq, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma təhlükəsi artıb. Qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.
 
Fövqəladə Hallar Nazirliyi Nazirliyin fəaliyyəti, xüsusilə də baş vermiş hadisələrlə bağlı ancaq rəsmi, dəqiqləşdirilmiş məlumatlardan istifadə etməyi tövsiyyə edir.
 
Qeyd edək ki, əməliyyatın gedişatı barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
13:39 12.05.2025
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
13:36 12.05.2025
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
13:30 12.05.2025
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
13:22 12.05.2025
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
13:18 12.05.2025
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
13:16 12.05.2025
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar depozit təşəbbüsü
12:48 12.05.2025
Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar depozit təşəbbüsü
İyunda da 13 gün evdəyik
12:32 12.05.2025
İyunda da 13 gün evdəyik
Sərxandan prodüserin ünvanına sərt tənqid: "Cibinə 20 min qoymaqla prodüser olunmur"
12:30 12.05.2025
Sərxandan prodüserin ünvanına sərt tənqid: "Cibinə 20 min qoymaqla prodüser olunmur"
İranda gözəllik salonuna gedən 13 nəfər zəhərləndi
12:28 12.05.2025
İranda gözəllik salonuna gedən 13 nəfər zəhərləndi
İsrail ordusu İordan çayının qərb sahilində fələstinlilərin evini dağıtdı
12:03 12.05.2025
İsrail ordusu İordan çayının qərb sahilində fələstinlilərin evini dağıtdı