"Alpinistlərin getdiyi ərazilərdə qar mayın sonları-iyundan əriməyə başlayır"

"Alpinistlərin getdiyi ərazilərdə qar mayın sonları-iyundan əriməyə başlayır"
SOSİAL
14:01 22.01.2018
2830
İtkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır.

AZXEBER.COM xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov əlavə edib ki, axtarışların aparıldığı ərazilər Böyük Qafqaz dağlarında ən yüksək hissələrdir: "Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağ dəniz səviyyəsindən 4000 metr-dən çox yüksəklikdə yerləşir. Bu əraziyə qarın yağması təxminən sentyabr ayının II, III ongünlüklərindən başlayır və mart ayına qədər davam edir".

M.Həsənov qeyd edib ki, sentyabradək həmin ərazilərdə qar müəyyən qədər ərisə də, hamısı əriyib qurtarmır: "Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağa sentyabrdan qar yağmağa başlayır. Ona görə də burada çoxillik buzlaqlar olur. Yəni, oradan qar və buzlaq əksik olmur".

Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağdakı qarın hündürlüyünə gəldikdə isə, M.Həsənov deyib ki, burada ümumilikdə qarın hündürlüyü yamacın istiqamətindən və meyilliliyindən asılı olaraq, 40-50 sm ilə 80-120 sm arasında dəyişir: "Qarın hündürlüyü külək tutan yamaclarda bir cür, külək tutmayan yamaclarda başqa cür olur. Ayrı-ayrı hissələrdə qarın hündürlüyü 1 metrədən də çox ola bilir".

M.Həsənov qeyd edib ki, "Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda qarın qalınlığı 1 metrədən çox olan ərazilər əsasən, dərələrdir: "Bir metrlik qarlar yalnız qar uçqunu zamanı dərənin icinə gələrək orada toplanan qarlar olur. Yəni, əraziyə bu qədər qarın yağmasından söhbət getmir".

M.Həsənov əlavə edib ki, Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir: "Həmin qar ucqunları hadisələri də çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha hündür olur. Ona görə bu ərazilərdə qarın əriməsi prosesi mayın sonu - iyundan başlayacaq. Bu dövrədək isə alpinistlərin getdiyi ərazidə - Tufandağda qar olacaq. Onların getməsi təxmin edilən ərazilər Şah yaylağı, Murad yaylağı adlanan ərazilərdir. Həmin ərazilərin hər hissəsində qar uçqunu baş verə bilir. Burada hər bir yamacdan qar uçqununun baş verəcəyini gözləmək mümkündür".

M.Həsənov bildirib ki, axtarış aparılan ərazilərdə ən isti vaxtlarda havanın orta sutkalıq temperaturu 2-3 dərəcə isti olur: "Hazırda isə orada havanın orta sutkalıq temperaturu mənfi 8-12 dərəcədir".

Hazırda alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır. Hələlik axtarışlar nəticəsiz qalıb.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəhərdə məskunlaşanlara 10 min pul veriləcək
15:14 12.05.2025
Bu şəhərdə məskunlaşanlara 10 min pul veriləcək
Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO
15:09 12.05.2025
Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
15:01 12.05.2025
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
14:59 12.05.2025
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
14:55 12.05.2025
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
14:54 12.05.2025
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
14:42 12.05.2025
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
14:37 12.05.2025
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
14:16 12.05.2025
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
Mətanət İsgəndərli Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Mətanət İsgəndərli Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA