"Alt paltarımı yuxarı qaldırdığıma görə peşman deyiləm" – VİDEO

"Alt paltarımı yuxarı qaldırdığıma görə peşman deyiləm" – VİDEO
MAQAZİN
14:29 25.01.2017
6209
"Yazırlar ki, intim şəkillərim var, vecimə deyil”
 
"ARB Ulduz”un "Şou-məkan” verilişinin növbəti qonağı əməkdar artist Mehriban Xanlarova olub. Efirlərdən hər zaman gur avazı gələn, istədiyi sözü tərəzidə çəkmədən birbaşa ünvanladığı adamların üzünə çırpan Mehriban Xanlarova yənə də od püskürüb.
 
"Bəzən elə olur ki, hansısa bir sözü demək lazımdır. Kimsə deyə bilməyəndə mən deyirəm, bəzi insanların xoşuna gəlmir. Amma sonradan o insanlar fikirləşirlər ki, Mehriban düz deyib. Mən durduğum yerdə dəli deyiləm ki, nəsə deyəm. Deməli, məni qıcıqlandıran bir məqam olur, haqsızlıq olur, ona görə də cavab verirəm”. Addımbaşı özü haqqında çıxan xəbərləri oxuyub necə deyərlər, cin atına minən aktrisa belə olanda da düz oturub tərs danışanları "ağ yuyub qara sərməyi” də əla bacarır. "Bildilər, bilmədilər yazırlar. Axırda mən belə bir mesaj göndərdim. Mənsiz heç bir yazı çıxmayacaq. Çıxsa, o insanları məhkəməyə verəcəm. Məndən soruş də. Ən düzünü mən deyərəm. Axı mən heç kəslə kobud danışmamışam”.
 
Ağ vərəqə mürəkkəb dağıdıb korlayan insanlar üçün ləkə salmaq çətin iş deyil. Aktrisanın ünvanına söylənən fikirlərə isə onun hər zaman tutarlı cavabı var. "Heç kəs ağ vərəq deyil. Axtarsaq, o vərəqdə çox ləkələr taparıq. Mən demirəm, aydan arı, sudan duruyam. Bu gün əgər mən Mehriban Xanlarovayamsa, özüm gəlib Mehriban Xanlarova olmuşam. Xalqın sevgisini qazanmaq asan deyil. Bu gün mən xoşbəxt aktrisalardanam ki, məndə xalqın sevgisi var. Yazırlar ki, Mehribanın intim şəkilləri var. Görmüsüz? Yoxdur, yalandan bu niyə yazılsın? Əgər varsa, çıxarın ortaya. Bəzi tamaşaçılar altdan nə gəldi yazırlar. Ey yazanlar, sizin yazdıqlarınız mənim vecimə deyil”.
 
Mehriban xanım bir vaxtlar çəkildiyi bədii filmdən, orda canlandırdığı obrazdan, açıq-saçıq səhnələrə necə gəldi münasibət bildirən insanlardan da danışdı. ""Sahilsiz gecə”də mən alt geyimimi yuxarı qaldırıram. O filmdə oynamağıma peşman deyiləm. O vaxt demişdilər ki, guya məni döyüblər, Şahmar Ələkbərovu döyüblər. Heç kim məni döyməyib, heç kim mənə söz deməyib. Dırnaqarası kişiciklərimiz nə yaxşı oturub Türkiyənin bütün seriallarına baxırlar. Orda açıq səhnələr yoxdur bəyəm? Var. Ancaq bu gün mən bir açıq səhnəyə çəkilsəm, adi bir öpüş səhnəsi olsa, yazılanların beş qat artığını yazarlar”.
 
Bir vaxtlar alovlanan Flora Kərimova və Zeynəb Xanlarova qalmaqalına da münasibət bildirən Mehriban xanım hansı tərəfi üstün tutdu? "Flora xanıma hörmət bəslədiyim qədər, bəlkə, kimsə hörmət bəsləməzdi. Mən Flora xanımdan bu hərəkəti gözləməzdim. Çaşıb qalmışdım. Həmin dəqiqə cavabını verdim. O demək deyil ki, Zeynəb Xanlarova mənim bibimdi. Zeynəb Xanlarova, dünya şöhrətli Zeynəb Xanlarovadı. Mən ona görə cavab verdim”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı