Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ

Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ
SOSİAL
16:00 08.08.2025
768
Zəngəzur dəhlizini sadəcə bir yol kimi yox, millətin damarlarında yenidən qan axıdacaq həyat yolu kimi təsvir edirəm mən…

Zəngəzur Dəhlizinə əsrlərin həsrətini bitirəcək yol deyirəm mən.
Zəngəzur torpağına Vətən deyirəm, anasından qoparılmış.
Zəngəzura bir vaxtlar Azərbaycanın qucağında, bağrında olan, amma əsrin əvvəllərində zorla qoparılıb yad əllərə verilən müqəddəs diyar deyirəm mən. O günlərdən bəri Naxçıvanla ana Vətənin arasına süni sərhəd çəkildi. Yolumuz elə kəsildi ki,qardaşın əli qardaşa çata bilmədi.
O torpaqlar ki, vaxtilə Azərbaycanın bir parçası idi, amma tarix bizdən onu qoparıb illərin qaranlığına atdı. O torpaq ki bizdən qoparılmaqla Naxçıvandan ana Vətənə gedən yolun bağını kəsdi, onun qoparılması ilə aramıza yad sərhədlər, yad niyyətlər çəkildi. Torpağımızın tutulması ilə yolumuz, yolumuzdan Vətən adlı nəfəsimiz tutuldu, həsrət yolumuz gözümüzə dağ oldu.

O günlər vardı ki, dağlar bizim idi, çaylar bizim idi, yollar bizim idi.
Atlılarımız Arazı keçər, igidlərimiz Zəngəzurdan Naxçıvana bir günün yolunda çatar idi.

Sonra qara bulud gəldi… Yad əllər sərhəd çəkdi, qardaşın əli qardaşa yetmədi, yolumuz kəsildi. Naxçıvanın gözü Bakıdan gələn yolçunu həsrətlə axtardı.
Zaman hər yaranın əlacı olsa da, torpaq yarası unudulmaz. Dövran dəyişdi…
Tarix susarmı? Millətin yaddaşı heç nəyi unutmur.

2020-ci ilin Zəfəri ilə ayağa qalxan millətimin əzmi, sərkərdəsinin qətiyyəti ilə torpaqlarımızın çoxu azad olundu, əsrlərin həsrəti – Zəngəzur yolu yenidən gündəmə gəldi.
İkinci Qarabağ müharibəsinin zəfərindən sonra nəfəs alan Vətənin gözü digər həsrətini aradı, bu yol yenidən gündəmə gəldi – Zəngəzur Dəhlizi…
Türk oğlu yurdundan, yolundan vaz keçməz!

İndi Turana açılan qapı yenidən görünür – Zəngəzur Dəhlizi!
Bu, sadəcə dəmir relslər, asfalt yollar deyil. Bu, yüz illik ayrılığın bitməsi, millətin parçalanmış bədəninin yenidən birləşməsi deməkdir.
Nə baş verəcək bu torpağın, bu yolun açılması ilə?

Bu dəhliz açıldıqda Azərbaycan torpaqları Naxçıvana, oradan isə qardaş Türkiyəyə birbaşa sarılacaq.
Bakıdan çıxan yük qatarını Qarsda qardaşı qarşılayacaq. Və o qucaqdan bütün Türk dünyasına uzanan bir yol doğulacaq – Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti.

Zəngəzur Dəhlizi tariximizdir, gələcəyimizin zəmanəti, ruhumuzun birliyidir.

O gün gələcək ki, bu yolda təkcə yük qatarlarının səsi yox, xalqımızın sevinci, qüruru, zəfər nəğmələri də səslənəcək. O günün nəfəsi duyulur artıq, gəlir iki gözümüzün şah didəsi, Vətənin xoş günü,qələbəsi.
Necə sevməyəsən, necə sevinməyəsən, bu yol torpağımızın şah damarıdır axı…
Zəngəzur Dəhlizi – əsrlərin həsrətindən Turan yoluna gedən bir qələbə, bir qayıdışdır axı.
Bu yolun həsrəti, arzusu zəfərin işığına yığışan kor baxışdan yaranmayıb, bu yol ürəyimizin şah damarına vurulan qandır, illərdir çatışmayan. İllərdir sinəmizdən ayrılan bir parça kimi özünə dönəcək.

Bu dəhlizdən keçən hər təkər səsi bir zəfər marşı olacaq.
Hər qatar fitində babalarımızın ruhunun sevinci duyulacaq, hər addımda gələcəyin işığı nur salacaq yoıumuza.
Yaxındır o gün…
O gün gəlir. O gün ki Zəngəzur torpaqları üzərindən keçən yol təkcə yükləri deyil, millətin birliyini, gücünü və əbədi qardaşlığını da daşıyacaq.
Bu yol polad kimi dəmir rels, daş kimi möhkəm körpü, qan kimi isti nəfəsdir Vətən üçün.
Bu yol açıldıqda Tanrı dağlarının küləyi Bakı sahillərinə, Xəzərin nəfəsi İstanbul körpüsünə çatacaq.
Ey Zəngəzur! Biz dönürük!

Bu dəfə atla yox, qatarla yox, millətin bütün ruhu ilə gəlirik!
Bu yol əbədi bizim olacaq – çünki bu yol millətin tarixi yurdudur, bu yol Turana gedən yoldur!

Gülər Mübariz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var
23:38 07.03.2026
Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var
Azərbaycan səfirliyinin avtomobili Moskvada metronun girişinə çırpılıb - FOTO
23:20 07.03.2026
Azərbaycan səfirliyinin avtomobili Moskvada metronun girişinə çırpılıb - FOTO
Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
23:09 07.03.2026
Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib