Altı aydır itkin düşən şəxsin meyiti meşədə tapıldı

DÜNYA
15:33 07.10.2024
219
Meşəlik ərazidə meyit tapılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir  ki, hadisə Türkiyənin Tekirdağ bölgəsində baş verib.
 
Meyitin 6 ay əvvəl Kapaklı rayonunda yoxa çıxan Yılmaz Çetinə məxsus olduğu müəyyən edilib.
 
Təmizlik işləri aparan bələdiyyə işçiləri tərəfindən Çerkezköy-İstanbul yolunda meşəlik ərazidə yol kənarında kişi meyiti tapılıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və araşdırma qrupları sövq edilib. Ətraf əraziyə baxış zamanı bədən hissələri və sümüklər aşkar edilib.
 
Hadisə yerində kəndirlə ağacdan asılmış vəziyyətdə tapılan şəxsin bədən hissələri tapıldıqdan sonra polis hadisənin intihar olduğunu müəyyən edib. Parçalanmış meyit növbətçi prokuror tərəfindən ilk müayinədən sonra Məhkəmə Tibb İnstitutuna göndərilib.
 
Hadisə ilə bağlı istintaq davam edir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR