Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynova həsr edilən klip tamaşaçıların ixtiyarına verilib.AZXEBER.COM-un məlumatına görə, sözləri Gülşən Behbuda, musiqisi İmruzə Hüseynovaya məxsus kompozisiya “İbadlar diyarı” adlanır.Xanım müəlliflərin Azərbaycan oğluna ithafən yaratdıqları musiqi parçasını xanım sənətçilər - xalq artisti Flora Kərimova, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları, Lalə Məmmədova və “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva ifa ediblər.Beləliklə, altı yaradıcı xanım milli qəhrəmanımızı belə tərənnüm etdilər: