Alyaskanın Rusiyaya birləşdirilməsinə 40 min səs verilib
DÜNYA
11:00 10.04.2014
939
Alyaskanin Rusiyaya birləşdirilməsi məqsədi ilə Ağ Evin saytında yerləşdirilmiş petisiya sənədinə 40 min imza toplanılıb.ANS PRESS-in məlumatına görə, martin 21-də yerləşdirilən sənədin Barak Obama administrasiyası tərəfindən rəsmi cavablandırılması üçün aprelin 20-dək 100.000 nəfərin imzası tələb olunur."Alyaskanın Birləşmiş Ştatlardan ayrılıb Rusiyaya birləşməsi üçün səs verin", – petisiyada qeyd olunan müraciətdə bildirilir. Həmçinin müraciətdə bildirilir ki, Sibir sakinləri Bering boğazından keçib Alyaskaya gəlib: "Rusların 1732-ci il avqustun 21-də Alyaskanı ziyarət edən ilk avropalılar olub".