Alzheimer xəstəliyi ilə bağlı VACİB ARAŞDIRMA: Artıq insanlar üzərində...

SAĞLAMLIQ
00:17 15.12.2022
611
Alzheimer xəstəliyinin müalicəsi ilə bağlı yeni araşdırma edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Kvinslend Universitetinin Beyin İnstitutunda Alzheimer xəstələrinin müalicəsi üçün yeni texnologiyadan istifadə edilib. Tədqiqatın klinik sınaqlarına başlanılıb.
 
Bildirilib ki, institutda hazırlanmış UltraThera adlı yeni ultrasəs cihazı sınaqdan keçirilib.
 
Tədqiqat qrupu cihazla neyromodulyasiya effekti əldə edərək, Alzheimer xəstələrinin beynindəki sinir fəaliyyətini və ümumi beyin funksiyasını dəyişməyi hədəfləyib. "Birinci xəstə ilk dörd müalicəni aldı; sağlam və yaxşı görünür”.
 
Qeyd edilib ki, bu prosedurun Alzheimer xəstəliyinin bəzi əlamətlərini yaxşılaşdıracağı gözlənilir. İnstitutun professoru Yurgen Götz müalicə metodunun insanlar üzərində sınaqdan keçirilməyə başladığını bildirib.
 
"Təhlükəsizlik sınağı bitdikdən sonra müalicənin təsirləri ilə bağlı sınaqlara başlayacağıq." Təxminən 12 xəstənin iştirak etdiyi sınaqlarda ilk 4 xəstənin hər iki həftədə 4 dəfə müalicə olunacağını qeyd edən Götz, "İlk xəstə ilk dörd müalicəni aldı; sağlam və yaxşı görünür" - deyib.
 
Alzheimer xəstəliyinin hələ də təsirli bir müalicəsinin olmadığını vurğulayan Götz, "Ona görə də gələcəkdə ultrasəs ilə xəstəliyin müalicəsi potensialı son dərəcə faydalıdır" - deyib. Götz, tədqiqatın ultrasəsin yaddaş funksiyalarını bərpa edə biləcəyinə dair 2015-ci ildə nəşr olunan qabaqcıl bir araşdırmadan sonra aparıldığını söyləyib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR