Amansız qisas: Xəyanətdə ittiham etdiyi sevdiyi qızı anası ilə tanış etmək adı ilə görüşə çağırdı və ...

Amansız qisas: Xəyanətdə ittiham etdiyi sevdiyi qızı anası ilə tanış etmək adı ilə görüşə çağırdı və ...
SOSİAL
13:01 12.02.2019
4422
Cinayət məcəlləsinin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunan Qocayev Leysan Temraz oğlu və Əlizadə Orxan Elxan oğlunun məhkəmə prosesi mart ayının 6-da Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək. 
 
AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, adıçəkilən gənclər sevdikləri qızları intim səhnələrini yaymaqları ilə hədələyərək pul tələb edməkdə ittiham edilirlər. Onlar cəzalarının azaldılmasını istəyirlər.

Belə ki, iki gənc sevdikləri qızlara qarşı iyrənc plan qursalar da sonda həyatlarının bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirməli olublar. Gənclər yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər. Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Leysan Qocayev və 1996-cı il təvəllüdlü Orxan Əlizadənin Cinayət işi üzrə məhkəmə iclası keçirilib. Leysan Qocayev Cinayət Məcəlləsinin (CM) 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib. O, CM-nin 150.2.1-ci maddəsi ilə bəraət alıb, digər maddələrlə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Orxan Əlizadə isə yalnız CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 

O.Əlizadə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət alıb. İttihamda yazılır ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan Axundova Afaq Akif qızının başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı planlaşdırıb. Bu məqsədlə L.Qocayev sevdiyi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Dostu Orxan Əlizadə ilə isə qabaqcadan əlbir olaraq A.Axundova barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib. Belə ki, L.Qocayev sevdiyi qıza zəng edərək onu anası ilə tanış etmək adı altında özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə dostu Orxan da sevdiyi qızla gəlib. 

İttihamda yazılır ki, L.Qocayev Orxan Əlizadəni və sevgilisini valideynlərinin yataq otağında yerləşdirib və Afaqın gəlişini gözləyib. Afaq evə daxil olarkən Leysan dostu Orxanı və onun sevgilisini otağa çağıraraq Afaqın ona xəyanət etdiyini deyib və bunu sübut edəcəyini söyləyib. Orxan isə həmin zaman öz sevdiyi qızın da ona xəyanət etdiyini deyib. Bu zaman Orxan da Leysan da sevdikləri qızlara bir sillə vurublar. Daha sonra Leysan Afaqı özünün yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, Afaq bundan imtina etdiyi üçün onu döyüb. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman Orxan digər otaqdan gələrək bunu telefonla çəkməyə başlayıb. Cəmi bir neçə saat sonra Orxan Afaqa zəng edərək onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib. Lakin Afaq bu qədər pulu tapa bilməyəcəyini deyib. Afaqa bu pulu tapması üçün bir neçə gün vaxt veriblər. Bu hadisədən Afaqın ailəsi xəbər tutub və hüquq mühafizə orqanlarına məlumat verilib. 

Bir neçə gün sonra isə Afaq Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini deyib. Bu zaman Afaq onlara 200 manat təklif edib. Lakin Orxan və Leysan bu məbləğin az olduğunu deyərək, götürməyiblər. Həmin zaman Мingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla hər iki şəxs həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Fuad Musayev və zərərçəkmiş tərəf narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş tərəf isə apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Onlar təqsirləndirilən şəxslərin cəzasının artırılmasını istəyiblər. Şəki Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin edib və hər iki şəxsin cəzası ağırlaşıdırlıb. Leysan Qocayevlə bağlı hökmdə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissələri ləğv edilib. L.Qocayev bu maddələrlə təqsirli bilinib qəti olaraq 8 il azadlıqdan məhrum edilib. Orxan Əlizadə isə CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir