AMAY ticarət mərkəzinin rəhbəri azadlıqda

AMAY ticarət mərkəzinin rəhbəri azadlıqda
SOSİAL
11:53 08.06.2016
1895
Bu gün Ali Məhkəmədə dələduzluqda və mənimsəmədə təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəməsi başa çatıb.
Bu barədə vəkil Şahin Rəfiyev məlumat verib.
Vəkilin sözlərinə görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilməli olan prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Abdullayevin cinayət işində Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddələri hissəsinə xitam verilib. Məcəllənin 70-ci maddə tətbiq edilib, o, 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.
Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib.
Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apellyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev kassasiya şikayətini geri götürdüyünü bildirib.
Report.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova