Amazon evdən işləmə sistemini ləğv edir

DÜNYA
17:19 17.09.2024
154
Dünya nəhəngi Amazon evdən işləmə sistemini ləğv edəcəyini açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, karantin zamanı bir çox şirkət evdən işləmək sisteminə keçmişdi.
 
Həm evdən, həm də ofisdən işləyən işçilər üçün şərait yaradan dünyanın ən böyük şirkətlərindən biri olan Amazon artıq bütün iş günlərində işçilərini ofisə çağırır.
 
Şirkətin baş direktoru Endi Jassi qərarını işçilərə göndərdiyi mesajda açıqlayıb. Bildirdi ki, gələn ildən 5 gün müddətinə idarəyə gəlmək məcburi olacaq.

Qeyd edək ki, şirkət epidemiya zamanı 5 gün evdən işləməyə icazə versə də, sonradan bunu 2 günlə məhdudlaşdırıb. Ötən il tətbiq edilən hibrid iş sistemi işçilər tərəfindən etirazla qarşılanıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR