Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyasının (AzTV) Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tənqidi sujet hazırlayıb. Sujetdə AzTV-nin çəkiliş qrupu əvvəlcə AMEA-nın binasına daxil olaraq burada olan mühitlə tanış olub. Görüntüdə bu nəhəng təhsil ocağında bir nəfər belə olsun təhsil işçisinin olmaması diqqət çəkib.
Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası münasibət bildirib. AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər: "Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. "Mən 15 dəqiqədir buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir” kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elm ocağıdır və iş qrafiki fərqlidir”.
O qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir:
"Binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.
AZXEBER.COM xəbər verir ki, müzakirəli mövzu ilə bağlı AMEA yeni kadrlar yayımlayıb. Təhlükəsizlik kamerasındakı görüntüləri yayımlayan AMEA AZTV-nin çəkiliş qrupunun saaat 18:30-da qapıya yaxınlaşdığını göstərir.
Həmin fotonu təqdim edirik:
