AMEA-nın Mərkəzi Elmi Kitabxanası koronavirus təhlükəsinə görə bağlandı

AMEA-nın Mərkəzi Elmi Kitabxanası koronavirus təhlükəsinə görə bağlandı
SOSİAL
16:40 13.03.2020
1181
Mərkəzi Elmi Kitabxana (MEK) koronavirus təhlükəsi ilə əlaqədar oxuculara xidməti müvəqqəti dayandırıb.

AZXEBER.COM xəbər verir ki, Kitabxanadan Trend-ə verilən məlumata əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

Belə ki, kitabxana koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb.
OXŞAR XƏBƏRLƏR