AMEA-nın prezidenti səlahiyyətlərini icra edəcək akademik Arif Həşimov kimdir? - DOSYE

AMEA-nın prezidenti səlahiyyətlərini icra edəcək akademik Arif Həşimov kimdir? - DOSYE
SOSİAL
12:44 19.02.2022
1572
Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika” laboratoriyasında işləməyə başlamışdır. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası” adlanır və A.M.Həşimov onun rəhbəridir.

O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir.

2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra etmişdir. A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxumuş və "Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası”nın professoru olmuşdur.

Hazırda Azərbaycan Texniki Universitetin professorudur. Azərbaycan MEA Fizika İnstitutunda fəaliyyət göstərən doktoru alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olmuşdur. "Energetikanın problemləri” jurnalının baş redaktorunun müavini, "Fizika” jurnalının redaksiya heyətinin üzvüdür.

Qeyd edək ki, AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub. Bu barədə AMEA-nın Ümumi yığıncağında qərar qəbul olunub. Arif Həşimov 5 noyabr 2021-ci ildən AMEA-nın birinci vitse-prezidentidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
İran birjası ikinci elana qədər bağlı qalacaq
15:03 07.03.2026
İran birjası ikinci elana qədər bağlı qalacaq