AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunur

AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunur
SOSİAL
17:50 07.06.2016
3535
AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunur Sürtkü yağları istehsalı neft emalı, bütovlükdə neft kimyası sənayesində ən vacib sahələrdən biri sayılır. 
Xüsusən respublikamızda bu sahə böyük tarixi ənənələrə malikdir. Hələ ötən əsrin 30-cu illərində - sovet hakimiyyətinin çağdaş zamanında böyük çətinliklərə baxmayaraq xaricdən o dövr üçün müasir olan atmosfer-vakuum qurğuları gətirilərək Çaparidze adına zavodda quraşdırıldı, burada keyfiyyətli avtomobil və təyyarə yağları buraxılmağa başlanıldı. Bu yağlar aviasiya və tank yanacaqları ilə birlikdə Böyük Vətən müharibəsində qələbənin qazanılmasında həlledici rol oynadı. Sovet hakimiyyətinin sonrakı illərində respublikamızda yanacaq istehsal edən zavod qurğularında güclü modernləşmə işləri aparılsa da sürtkü yağları sahəsində ciddi irəliləyiş olmadı. 
AMEA Aşqarlar Kimyası İnstitunun alimləri uzun illər boyu Azərbaycan neftlərindən alınmış yağ distillatları əsasında bir sıra qiymətli sürtkü yağlarının istehsal texnologiyasını, resepturasını işləyib hazırlamış və məhz bu yağlar üçün münasib olan effektli aşqar kompozisiyalarını yaratmışlar. 
Lakin müxtəlif obyektiv və subyektiv səbəblərdən bu məsələ öz geniş həllini tapa bilməmişdir. Son illərdə AMEA rəhbərliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyi sayəsində AMEA-nın Təcrübə-Sənaye Zavodunda (TSZ) Avropa və Dünya standartlarına cavab verən məhdud miqdarda sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılmışdır. TSZ-nun baş texnoloqu Adil Ağayevin verdiyi məlumata görə, istehsal edilən məhsul nümunələri son vaxtlar respublikamızda müxtəlif fond və təşkilatlar tərəfindən təşkil edilmiş sərgi pavilyonlarında nümayiş etdirilmiş, böyük maraq doğurmuş və bu haqda kütləvi informasiya vasitələri ilə ictimaiyyətə müvafiq məlumatlar verilmişdir. Artıq zavodun istehsal qurğularında Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası institutlarının alimləri və zavodun mütəxəssislərinin birgə əməyi sayəsində strateji əhəmiyyətli, müasir tələblərə cavab verən onlarla adda sürtkü materialının istehsal texnologiyası mənimsənilmiş, lazımi normativ – texniki sənədlər (texniki şərtlər, texnoloji reqlamentlər, təlimatlar, uyğunluq sertfikatları və s.) hazırlanmış, işci və texniki personal təlimatlandırılmışdır. AMEA rəhbərliyinin göstərişinə əsasən, zavodun mütəxəssisləri Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarının alimləri ilə birlikdə hazırda yerli xammal bazasında daha geniş çeşiddə sürtkü materiallarının istehsal texnologiyasının mənimsənilməsi və normativ-texniki sənədlərin hazırlanması ilə məşğuldurlar. Təqribi hesablamalara görə, Azərbaycanda hər il 80 min ton sürtkü materialı istehlak olunur ki, bunun da təxminən yarısı avtomobil yağlarının payına düşür. 
Böyük əminliklə demək olar ki, müvafiq dövlət qurumlarından təşkilati və maliyə dəstəyi olarsa, TSZ yaxın bir neçə il ərzində respublikada istehlak olunan sürtkü materialları istehsalının təxminən 50%-ni öz öhdəsinə götürə bilər. Bunun üçün zavodda lazım olan bütün infrastruktur, peşəkar mühəndis-texniki personal, həmçinin AMEA-nın sahə institutlarının elmi potensialı mövcuddur.
Nərgiz Qəhramanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"