Amerika kəşfiyyatının sirrlərini illər öncədən açan yazıçı - Corc Oruell

MƏDƏNİYYƏT
02:14 15.10.2014
4496

AZXEBER.COM-un "Kitab evi" rublikasının bu həftəki qonağı dünya şöhrətli ingilis yazıçısı Corc Oruelldir.

Əsl adı Erik Artur Bler olan ingilis yazıçısı Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. Atası gömrük işçisi, anası evdar qadın olub. 1904-cü ildə onların ailəsi Londona köçür. Oruell kiçik yaşlarından kitab oxumağa həvəs göstərir, Kiplinqin, Dikkensin, Uelsin əsərlərini oxuyur. 15 yaşında Londonun elitar məktəblərindən sayılan İton kollecinə daxil olur. Tələbəlik illərindən bədii yaradıcılığa başlayan Oruell ilk hekayələrini kollecin dərgilərində çap etdirsə də, uğur qazanmır. Təhsil haqqını ödəyə bilmədiyindən kolleci yarımçıq qoyaraq Birmaya gəlir və kral polisində direktor köməkçisi işləməyə başlayır.

1936-cı ildə Corc Oruell Eylin Oşonessi adlı qadınla evlənir. Həmin vaxt İspaniyada vətəndaş müharibəsi başlayır. Siyasi baxışlarına görə solçu olan Oruell London qəzetlərinin birinin müxbiri kimi ora yollanır və partizan dəstələrindən birində vuruşmağa başlayır. Döyüşlərin birində ağır yaralanan yazıçı hospitalda müalicə alır. Müharibə onun dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, İspaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir və Londona qayıdır.

II Dünya müharibəsi illərində Corc Oruell BBC telekanalında və "Observer" qəzetində işləyir. Oruell 1943-cü ildə özünün məşhur "Heyvanıstan" əsərini yazır. Roman sovet dövlətinin lideri İosif Stalin haqqında idi. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. Müharibədən sonra o yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olur.

Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri "1984" romanıdır. Əsər XX əsrin məşhur antiutopik əsərlərindən hesab olunur. Roman dünyanın 60-dan çox ölkəsinin dilinə tərcümə olunub. Əsərin çapından bir müddət sonra, 1950-ci ildə vərəm xəstəliyindən əziyyət çəkən Corc Oruell vəfat edir.

UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilmişdir.

Oruellin “1984” romanı haqqında "Amerikanın Səsi" radiosunun məqaləsi

Amerikada hökumətin izləmə proqramı ilə bağlı müzakirələrin getdiyi bir vaxt ingilis yazıçısı Corc Oruellin dövlət tərəfindən sanksiyalaşdırılmış repressiyalar haqda romanı yenidən populyarlıq qazanmağa başlayıb.   Yazıçının təsvir etdiyi daimi müharibə, hər yerdə izləmə və kütlələrin şüuruna nəzarətin mövcud olduğu 1984-cü ildən bəhs edən kitabının satışları ABŞ-ın Milli Təhlükəsizlik Agentiyinin gizli şəkildə milyonlarla insanın telefon danışıqlarını dinlədiyi və xaricilərin internet mesajlarını izlədiyinə dair məlumatların ictimaiyyətə sızmasından sonra bir neçə dəfə artıb.   1949-cu ildə nəşr edilmiş kitab Amazon şirkətinin bestseller siyahısında 7397-ci yerdən 125-ci yerə qalxıb.   Amerikada tələbələrə tövsiyə edilən başlıca bədii əsərlərdən biri olan “1984” romanı İkinci Dünya müharibəsindən sonra sovet totalitarizmi təhlükəsinin özünü göstərməyə başladığı dövrdə yazılmışdır.   Pensilvaniyada Villanova universitetinin professoru, siyasi elmlər üzrə mütəxəssis Tomas Smit Amerikanın Səsinə deyib ki, romanla hazırda hökumətin izləmə proqramı arasında analogiya aparmaq düzgün deyil. “Oruellin romanında rejim qanunlara tabe bir rejim deyil. Bu, öz vətəndaşlarına qarşı güc tətbiq edən ixtiyari bir rejimdir. Bizim hökumətimiz bunu etmir. Romanda təsvir edilən nəzarətin səviyyəsi Milli Təhlükəsizlik Agentliyinin izləmə nəticəsində əldə etdiyi məlumatların həcmi ilə müqayisə edilə bilməz”-deyə professor Tomas Smit Amerikanın Səsinə bildirib.   Çikaqoda DePaul universitetində ingilis dili professoru Kreq Sörls isə daha bir fərqi izah edir. O, Amerikanın Səsinə müsahibədə deyib ki, romanda sözün mənasının təhrif edildiyi bir dil təsvir edilir və burada “quldarlıq”, əslində “azadlıq”, “insanların şüuruna nəzarət” mənasında işlədilir, özü də bu açıq-aşkar edilir. Professor əlavə edib ki, Milli Təhlükəsizlik Agentliyinin proqramının dillə heç bir əlaqəsi yoxdur və proqram gizli xarakter daşıyır.   Mütəxəssislər deyir ki, Corc Oruellin təsvir ediyi 1984-ü il və ABŞ-da mövcud 2013-cü ilin reallığı arasında fərq nədən ibarət olursa-olsun, bu, amerikalılara hökumətin anti-terror məqsədilə aparılan izləmə proqramının 2001-ci il terror hücumlarından sonra çox uzağa gedib-getmədiyini müəyyən etmək imkanı verir.

OXŞAR XƏBƏRLƏR