Amerika lideri: Rusiya və Ukrayna çox yaxın vaxtlarda danışıqlara başlayacaq

Amerika lideri: Rusiya və Ukrayna çox yaxın vaxtlarda danışıqlara başlayacaq
DÜNYA
22:27 19.05.2025
377
Rusiya və Ukrayna çox yaxın vaxtlarda atəşkəs və münaqişəyə son qoyulması üzrə danışıqlara başlayacaq.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra deyib.

"Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Məncə, çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar. Bunun şərtləri iki tərəf arasında müzakirə olunacaq, çünki yalnız belə bir şey ola bilər. Çünki onlar danışıqların heç kimin şübhə etmədiyi təfərrüatlarını bilirlər. Söhbətin tonu və ruhu əla idi”, - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR