Amerikada 3 müsəlman tələbə öldürüldü
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-da yerləşən Şimali Karolina Universitetinin "Chapel Hill" düşərgəsində baş verib. Hadisənin irqi və dini ayrıseçkilik zəminində baş verdiyi ehtimal olunur.
Öldürülən şəxslərin adları Şeddi Bərəkət, həyat yoldaşı Yusor Məhəmməd Əbu Səlhə və onun bacısı Razan Məhəmməd Əbu Səlhədir. Onlar başlarına atəş açılaraq öldürülüb.
Cinayəti törədən Stefan Hiks artıq tutulub. Onun ateist olduğu deyilir.
Cinayət amerika polisi tərəfindən araşdırılır.
Günel